Böyük Britaniyada təsdiqlənmiş meymunçiçəyinə yoluxma hallarının sayı 207-yə çatıb.
Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
Böyük Britaniya əhalisinin təxminən 85%-nin yaşadığı İngiltərədə son sutka ərzində 11 yeni yoluxma halı aşkar edilib. Ümumilikdə, bu xəstəlik İngiltərədə 199, Şotlandiyada 5, Şimali İrlandiya və Uelsdə isə 1 nəfərdə qeydə alınıb.