Britaniyada son sutkada koronavirusdan 35 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 35 nəfər həyatını itirib
DÜNYA
01:31 30.11.2021
410
Böyük Britaniyada son sutka ərzində 42 583 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 189 059 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 35 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 144 810 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR