Böyük Britaniyanın Derbi şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb.
AZXEBER.COM Oxu.Az-a stinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilir ki, "Suzuki Swift" markalı qara avtomobilin iştirakı ilə baş vermiş insident şəhərin mərkəzində qeydə alınıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Cinayətdə şübhəli bilinən 30 yaşlı kişi saxlanılıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.










































