Britaniyada yüksək yolxucu epidemiya yayılır

Britaniyada yüksək yolxucu epidemiya yayılır
DÜNYA
23:55 22.03.2025
419
Böyük Britaniyada yüksək infeksion xəstəliyə yoluxma hallarının sayı artır. Virus dərmanlara qarşı müqavimət qazanıb.

Bu barədə "The Daily Mail" qəzeti Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatlarına istinadən xəbər yayıb.

Qeyd edilir ki, son aylarda krallıqda qaşınma xəstəliyi halları kəskin şəkildə artıb. Eyni zamanda, adi müalicə bir çox hallarda artıq effektiv olmur, bu da xəstəliyin yayılması üçün əlavə imkanlar yaradır.

Artıq hər min britaniyalıdan üçü - təxminən 200 min xəstə - infeksiyaya yoluxub. Xəstəliyin simptomları yoluxmadan üç-altı həftə sonra özünü göstərir.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR