Britaniyalı nazir: "Əminəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək"

Britaniyalı nazir: "Əminəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək"
SİYASƏT
13:45 09.02.2021
753
"İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik".

AZXEBER.COM xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum", - o bildirib.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR