İngiltərənin əmək naziri Mel Stride təqaüdçülərə "Velosipedə minin və kuryer kimi fəaliyyət göstərin” təklifini verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qalmaqallı təklif dolanışığın getdikcə pisləşdiyi İngiltərənin əmək naziri Mel Stridedən gəlib. Onun bu təklifi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
"The Times" qəzetinə danışan Stride ayın sonuna çatmaqda çətinlik çəkən yaşlıların əvvəllər ağlına belə gətirmədikləri şeyləri etmək barədə düşünməli olduqlarını söyləyıb.
50 yaşdan yuxarı insanların ümumiyyətlə gənclərin üstünlük verdiyi kuryer və digər çevik işlərdə də çalışa biləcəyini ifadə edən Britaniyalı nazir "Əgər qocalıqda həyat tərzinizi qorumaq istəyirsinizsə, bunu etməlisiniz”, - deyə bildirib.
Velosipedlə kuryer çatdırılmasına başladıqdan sonra 10 kilo arıqlayan 51 yaşlı bir adamı misal gətirən nazir deyib: "Bu, sağlamlığınız üçün də faydalı ola bilər”.
Gülay