"Britaniyanın Bill Qeyts”i ləqəbi ilə tanınan 59 yaşlı texnologiya maqnatı, milyarder Mayk Linç İtaliyanın Siciliya sahillərində yaxtasının batması nəticəsində itkin düşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "The Guardian" və "Sky News" məlumat yayıb.
Linçin həyat yoldaşı xilas edilsə də, yaxtada olan digər bir neçə şəxs və onun 18 yaşlı qızı da itənlər arasındadır.
Qeyd edək ki, Linç və digər itkin düşənlərin boğularaq öldüyü güman edilir. Yaxtanın 50 metr dərinlikdə yerləşdiyini aşkar edən xilasedicilərin sözlərinə görə, pəncərələrdən ölənlərin cəsədləri görünür. Onların tezliklə çıxardılacağı bildirilib.
Aysel