Şəxsi mail ünvanından rəsmi sənəd göndərən Britaniyanın daxili işlər naziri istefa verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın daxili işlər naziri Suella Braverman şəxsi elektron poçt ünvanından istifadə edərək rəsmi sənəd göndərdikdən sonra qaydaları texniki cəhətdən pozduğuna görə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Beləliklə, Braverman 30 gün sonra 1834-cü ildə vəzifəsini tərk edən Artur Uelslidən sonra ən qısa müddətə xidmət edən daxili işlər naziri olub.
Braverman qeyd edib ki, səhvini anlayan kimi bunu rəsmi kanallara çatdırıb və daxili işlər naziri kimi ən düzgün işin istefa vermək olduğunu bildirib.
Ayşən