Britaniyanın Ukraynaya göndərəcəyi hərbçi sayı bəlli oldu

Britaniyanın Ukraynaya göndərəcəyi hərbçi sayı bəlli oldu
DÜNYA
16:23 06.02.2022
420
Böyük Britaniya Ukraynaya 100-dən çox hərbçi göndərib.

Bu barədə "The Mirror” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiya ilə gərginlik fonunda qorunması barədə razılığa gəliblər.

Bu məqsədlə Böyük Britaniyanın Xüsusi Hava Xidməti Ukrayna xüsusi təyinatlılarına mübarizə taktikası, snayperçilik və təxribat mövzusunda təlim keçmək üçün Kiyevə hərbçilər göndərilib.
OXŞAR XƏBƏRLƏR