Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi
DÜNYA
13:49 07.07.2024
191
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki,  diplomat Almaniyada xarici səfərdədir.

"Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam", - Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR