Brüggedə "Barselona"nın azarkeşlərinin olduğu avtobusu yandıran şəxs həbs edilib

Brüggedə "Barselona"nın azarkeşlərinin olduğu avtobusu yandıran şəxs həbs edilib
DÜNYA
21:59 06.11.2025
169
Belçika polisi Brüggedə İspaniyanın "Barselona" klubunun azarkeşlərinin olduğu avtobusu yandıran şəxsi həbs edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin özü də kataloniya təmsilçisinin tərəfdarı olub.

Hadisə UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçirilən "Brügge" – "Barselona" (3:3) oyunundan öncə baş verib. Bundan başqa, üzərində yanıcı maddələr aşkarlanan daha iki azarkeş barəsində də araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə azarkeşləri daşıyan avtobusun arxa hissəsində güclü tüstülənmə və açıq alovun əks olunduğu video görüntülər yayılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsinə kömək ediblər.
 
/report
OXŞAR XƏBƏRLƏR