Brüsseldə azarkeşləri güllələyən terrorçu öldürüldü

Brüsseldə azarkeşləri güllələyən terrorçu öldürüldü
DÜNYA
10:49 17.10.2023
215
Dünən AVRO-2024-ün qrup mərhələsində keçirilən Belçika-İsveç matçında qan tökülməsinə səbəb olan və iki isveçlini qətlə yetirən şəxsin bu səhər güllələnərək öldürüldüyü açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumun şokunun təsirləri Brüsseldə hiss olunmağa davam edir.
 
Hücumda iki nəfər həyatını itirərkən, bu şəxslərin milli matç üçün şəhərdə olan iki İsveç azarkeşi olduğu açıqlanıb.
 
Hadisədən sonra Brüssel hökuməti xəbərdar edilib və təcavüzkarın axtarışına başlanılıb.

Hücum edənin şəxsiyyəti məlum olub.

Belçika mediası hücum edənin 45 yaşlı Abdesalem Lassoued olduğu və İŞİD-lə əlaqəsi olduğunu açıqlayıb.
  
Bildirilib ki, 45 yaşlı Lassoued Şaarbekdə yaşayıb və əslən Tunisdəndir. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR