Brüsseldə Azərbaycana dəstək aksiyası keçirildi

Brüsseldə Azərbaycana dəstək aksiyası keçirildi
SİYASƏT
23:12 15.12.2021
340
Brüsseldə Azərbaycana dəstək nümayişi keçirilib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, aksiya Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub.

Lüksemburq meydanında, Avropa Parlamentinin qarşısında toplaşan izdiham əllərində Azərbaycan və Türkiyə bayraqları daşıyıb.

Aksiyada "Bu, bizim birgə qələbəmizdir”, "Qarabağ Azərbaycandır” kimi şüarlar səsləndirilib.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, nümayişin keçirilməsində məqsəd həmvətənlərinin Prezident İlham Əliyevə dəstəyini nümayiş etdirməkdir.
OXŞAR XƏBƏRLƏR