Bu gün minlərlə insan hökumətin sərt iqtisadi tədbirlər planına qarşı Brüsselin küçələrində kütləvi etiraz aksiyasına çıxıb.
Bu barədə "Euronews” məlumat yayıb.
100 minə yaxın insanın qoşulduğu ümumxalq tətili böyük büdcə kəsiri ilə üzləşən Belçikanın koalisiya hökumətinin pensiya islahatları və digər qənaət tədbirləri planlaşdırmasına etiraz olaraq ölkənin əsas həmkarlar ittifaqları tərəfindən təşkil olunub.
Belçikada ümumxalq tətili ölkə üzrə nəqliyyat və ictimai xidmətlərin işinin ciddi şəkildə pozulmasına səbəb olub. Polis Brüsseldə baş vermiş vandalizm, yanğın və toqquşmalarla bağlı bir neçə adamın saxlanıldığını bildirib.
Brüssel hava limanı təhlükəsizlik işçilərinin tətilə çıxması səbəbindən bütün uçuşları ləğv edib. Şarlerua hava limanı, aşağı büdcəli "Ryanair” aviaşirkətinin əsas Avropa mərkəzlərindən biri heyət çatışmazlığı səbəbindən heç bir uçuşu həyata keçirə bilmədiyini açıqlayıb.
\apa