“Brussels Morning”: Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artır

“Brussels Morning”: Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artır
Siyasət
20:38 12.06.2021
510
"Brussels Morning” xəbər portalında "Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artmaqdadır” sərlövhəli məqalə dərc olunub.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, müstəqil jurnalist Boyan Stoykovskinin qələmə aldığı məqalədə Qarabağ münaqişəsi başa çatandan sonra hələ də qalmaqda olan minalanmış ərazilər problemi və iyunun 4-də azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirməsinə diqqət çəkilir. Qeyd edilir ki, Qarabağ dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur. İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki azərbaycanlı jurnalist - Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də yerli icra nümayəndəsi Arif Əliyev həlak olub, digər dörd nəfər isə yaralanıb.

Məqalədə bildirilir ki, təxminən 30 illik erməni işğalından sonra Kəlbəcər və digər ərazilər 44 günlük müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad edilib. Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, erməni qüvvələri noyabrın 15-dək Kəlbəcəri boşaltmalı idilər. Lakin rəsmi Bakı humanitar səbəblərdən bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Bu 10 günlük zaman kəsiyində erməni tərəfinin rayonu kütləvi şəkildə minalayıb.

Yazıda bildirilib ki, erməni silahlı qüvvələri müharibə zamanı döyüş mövqelərini təmin etmək üçün yollardan istifadə edərək geri çəkildikləri ərazilərdə mina basdırıblar. Qeyd olunub ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün demək hər yerdə minalardan istifadə edib.

Müəllif bu yaxınlarda erməni polkovnik Koryun Qumaşyanın yerli televiziya kanallarına açıqlamasında bir müddət əvvəl Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina yerləşdirdiyini bildirməsini də diqqətdən qaçırmayıb. Qeyd edilir ki, minalar bölgədə yaşayan və öz torpaqlarına geri qayıdacaq insanlar üçün təhlükə yaradır və bölgədəki onsuz da həssas humanitar vəziyyətin daha da pisləşməsinə yol açır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılan ərazilərdə çoxlu sayda insanın həlak olduğu və müxtəlif növ xəsarət aldığı qeyd edilir.

Məqalədə diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məlumatına görə Qarabağda minalar səbəbindən 120-dən çox insan həyatını itirib. Lakin son hadisələr bu sayın artması ehtimalını yüksəldir. Qeyd olunur ki, yerli və beynəlxalq qurumlar, dövlət rəsmiləri Ermənistandan mina xəritələrini təqdim etməyi tələb edirlər. Lakin indiyədək erməni tərəfi minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir, bəziləri isə bu cür xəritələrin olmadığını bildirir və bu, vəziyyəti daha da çətinləşdirir.

Diqqətə çatdırılır ki, ərazilərin minalardan təmizlənməsində Azərbaycanla yanaşı Türkiyə və Rusiya, eləcə də digər ölkələr yaxından iştirak edirlər. Lakin erməni tərəfi mina xəritələrini verməsə, bu proses daha uzun müddət davam edə və bunun üçün yüksək maliyyə vəsaiti lazım ola bilər.

Sonda vurğulanır ki, ərazilərin minalardan təmizlənməsi prosesi ilə yanaşı, Qarabağın uzun illər ermənilər tərəfindən məhv edilmiş infrastrukturunun bərpası da mühüm məsələlərdəndir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var