BŞBPİ: "Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq”

BŞBPİ: "Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq”
SOSİAL
10:33 03.10.2019
4242
Sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.

Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir:

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır.”
OXŞAR XƏBƏRLƏR