BŞİH Milli Şuranın mitinqinə icazə verdi

BŞİH Milli Şuranın mitinqinə icazə verdi
SİYASƏT
17:51 28.03.2018
6735
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.
 
AZXEBER.COM-un məlumatına görə, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş "Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

OXŞAR XƏBƏRLƏR