BŞTİ: 207 nömrəli məktəbdə "Son zəng" tədbiri ilə bağlı vəsaitin yığılması iddiaları araşdırılacaq

BŞTİ: 207 nömrəli məktəbdə "Son zəng" tədbiri ilə bağlı vəsaitin yığılması iddiaları araşdırılacaq
SOSİAL
19:38 09.05.2025
622
Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Vurğulanıb ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR