BŞTİ-dən avtobusun altında qalan məktəbli barədə AÇIQLAMA

BŞTİ-dən avtobusun altında qalan məktəbli barədə AÇIQLAMA
SOSİAL
13:12 11.01.2023
163
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən gün Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zaman vəfat edən şagird barədə açıqlama verib.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, qəzada ölən şəxs paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Göyüşov İsa Vüqar oğludur. 

Qeyd edək ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

44 saylı marşrut üzrə hərəkət edən "Daewoo” markalı xətt avtobusu məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR