BTİ GYC və WTDC-yə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib

BTİ GYC və WTDC-yə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
SİYASƏT
11:29 16.11.2025
92
Beynəlxalq Telekommunikasiya İttifaqı həm BTİ-nin Qlobal Gənclər Gününə (GYC-25), həm də Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

AZXEBER.COM xəbər verirki, bu barədə BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun direktoru Kosmas Lukison Zavazava GYC-25-in açılış mərasimində bildirib.

"Sabah hər dörd ildən bir keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf sektorunun əsas iclası olan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılışını edəcəyik. Sonuncu konfrans Ruandanın Kiqali şəhərində keçirilib. Konfransdan sonra dünya birliyi üçün siyasi bəyanat olan bəyannamə qəbul etməyi və gələcək tədqiqat istiqamətlərini müəyyənləşdirməyi nəzərdə tuturuq", - o qeyd edib.

L.Zavazava Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun çıxışında "xeyir üçün süni intellekt" anlayışının vurğulandığını vurğulayıb.

"İnkişaf sektorunda çalışan bizlər inanırıq ki, istənilən texnologiya insanlara xidmət etməlidir - iqlim dəyişikliyinə cavab verməyə kömək etmək, təbii fəlakətlərin nəticələrinin qarşısını almaq, dayanıqlı inkişaf məqsədlərinin inkişafına və əldə olunmasına kömək etmək. Nazir müavini deyib ki, Azərbaycan körpüdür. Bu gün obrazlı şəkildə kosmosa körpü qururuq. "Azərkosmos" a gənclərə Beynəlxalq Kosmik Stansiyada astronavtlarla ünsiyyət imkanı verdiyinə görə təşəkkür etmək istəyirəm. Əlbəttə, bu tədbirlərin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm", - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR