Bu 3 bürc üçün dönüş dövrü başlayır - Şans qapıları açıldı
MARAQLI
22:44 10.07.2026
190
Astroloqların proqnozlarına görə, planetlərin retro hərəkəti yaxın günlərdə bəzi bürclərin həyatına daha güclü təsir göstərə bilər.
AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, xüsusilə üç bürc üçün gözlənilməz hadisələr, yeni imkanlar və mühüm dəyişikliklər ön plana çıxacaq.
Buğa
Buğa bürcü üçün uzun müddətdir gizli qalan bir məsələnin üzə çıxacağı iddia edilir. Bu məlumat ilk anda narahatlıq yaratsa da, sonradan daha doğru qərarlar verməyə kömək edə bilər. Astroloqlar Buğalara emosional davranmamağı və tələsik nəticə çıxarmamağı tövsiyə edirlər.
Şir
Şir bürcünü yaxın günlərdə gözlənilməz səfər, ezamiyyət və ya köç təklifi gözləyə bilər. Astroloqlar bildirirlər ki, qarşıya çıxacaq yeni imkanlar həm karyera, həm də şəxsi həyat baxımından mühüm dəyişikliklər vəd edir. Qərar verərkən yeniliklərə açıq olmaq məsləhət görülür.
Balıqlar
Balıqlar bürcü üçün isə yeni enerji və mənfi təsirlərdən uzaqlaşmaq dövrünün başladığı qeyd olunur. Bu müddətdə yarımçıq qalan işləri tamamlamaq və həyat tərzində müsbət dəyişikliklər etmək daha asan ola bilər. Astroloqlar bu bürc nümayəndələrinə sağlamlıqlarına və şəxsi inkişaflarına daha çox vaxt ayırmağı tövsiyə edirlər.