Mütəxəssis astroloqların fikrincə, bəzi bürclər öz hiyləgərliyi ilə diqqət çəkir. Hiyləgər bürclər hər mövzuda özünü ön plana çıxara bilər.
AZXEBER.COM xəbər verir ki, həyatınız boyu diqqət etməli olduğunuz bürclər bunlardır:
Əkizlər
Əkizlər bürcü nə qədər təbii görünsə də, gizlətməli bir şeyləri var və məkrli davrana bilərlər. Fikirləriniz əkizlər bürcü ilə ziddiyyət təşkil etdikdə, onlar hər şeyi sizin arxanızca çevirməyə meyllidirlər. Sonradan etdiyinə görə peşman olub sizi təəccübləndirə bilərlər.
Qız
Qız bürcləri dediyiniz hər sözü xatırlayır. Qız bürcü ilə bağlı probleminiz olduqda, sizin haqqınızda olan məlumatları düşünmədən sizə qarşı istifadə edə bilərlər. Bunu edərkən o qədər gizli hərəkət edirlər ki, nə baş verdiyini başa düşməyiniz çox vaxt aparır.
Əqrəb
Əqrəb bürcləri sizə qəzəbləndikdə, arxanızca hiylə quraraq qisas almağa cəhd edə bilərlər. İntiqam və nifrət hissi yüksək olan əqrəb bürclərinin nə edəcəyi heç vaxt təxmin edilə bilməz.
Ayşən