Bu şeiri dostum oxusun

KÖŞƏ
20:46 07.02.2011
20152

 

 
Durmadan anlatdın başqa birini,

Dost kimi dinlərdim, dostum, dərdini

Zəhərli ilan tək dediyin sözler

Sancardı səninçün vuran qəlbimi.

 

Gözlərin nağıltək mənə uzaqdı

Müqəddəs varlığın mənə yasaqdı

Sevgimə şahidim bu ağ varaqdı,

Sevmişdim mən səni, sən də bilmədən!

 

Özümü qoyaraq onun yerində

Xəyallar qururdum, baxıb gözünə

Başqasın sevmişdin, dostum de niyə?

Ömrümü verərdim, onun yerinə

Səni yaşamağçun, bir an, bircə an...

Afaq FƏRZƏLİBƏYOVA 

OXŞAR XƏBƏRLƏR