Bu 7 vərdiş ürəyə ziyandır - Əgər axşamlar edirsinizsə...

Bu 7 vərdiş ürəyə ziyandır - Əgər axşamlar edirsinizsə...
MARAQLI
15:23 19.03.2026
271
Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ürək-damar sistemi üçün ciddi risk faktoruna çevrilə bilər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 20 ildən artıqdır ürək xəstələrini müalicə edən amerikalı kardioloq Sanjay Bhojrajın bildirib ki, saat 20:00-dan sonra edilən bəzi davranışlar ürək sağlamlığına mənfi təsir göstərir. 

Onun sözlərinə görə, axşam saatları orqanizmin bərpa prosesi üçün həlledici dövrdür və bu zaman yuxu, metabolizm və qan təzyiqi birbaşa təsirlənir.

Saat 20:00-dan sonra uzaq durulmalı 7 vərdiş:

1. Gec və ağır yemək yemək - Yağlı qidalar həzm sistemini yükləyir, qan şəkəri və təzyiqdə dəyişiklik yaradır.
2. Axşam saatlarında alkoqol qəbul etmək - Hətta az miqdarda belə ürək ritmini poza və yuxu keyfiyyətini aşağı sala bilər.
3. Gecəyə qədər işləmək -Stress hormonlarının artmasına səbəb olur, bu isə təzyiq və iltihabi prosesləri gücləndirir.
4. Parlaq ekranlardan istifadə etmək -Melatonin hormonunun ifrazını azaldır, yuxu keyfiyyətini pisləşdirir.
5. Gecə atışdırmaları -Xüsusilə şəkərli və emal olunmuş qidalar çəki artımına və metabolik pozuntulara yol açır.
6. Yuxuya yaxın intensiv idman etmək -Ürək döyüntüsünü yüksəldir və orqanizmin gecə bərpasını gecikdirir.
7. Stressli şəkildə yatmaq və nizamsız rejim -Sinir sisteminin sakitləşməsini əngəlləyir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR