Bu kəndin kənarında yaşayan 80 yaşlı Əmu Hacı adlı ahıl kişi dünyanın ən qəribə insanlarından biri sayıla bilər.
Çünki o, 20 yaşından bəri çimmir, hətta üzünü də yumur.
Milli.Az İRNA-ya istinadən bildirir ki, Əmu Hacının dediyinə görə, sudan qorxur, iyrənir.
"Üstəlik, saçıma və saqqalıma qayçı da vurmuram. Belədir... Həyatım asta-asta sona yaxınlaşır", - Əmu Hacı deyib.
Kəndin ətrafındakı ölmüş heyvan leşlərini toplayaraq yeyən, zibillikdə eşələnərək özünə qida arayan 80 yaşlı Əmu qəlyanına tütün əvəzinə quru peyin dolduraraq çəkir.
O, kənd camaatının tikdiyi, damı və qapısı olmayan "evdə" yaşasa da, orada yatmır. Əmu həmin "ev"inin qarşısında qazdığı çuxurda gecələməyi, yatmağı çox sevir.(milli.az)
![](/file/pic/xeber/2014-01-10/75660.jpg)
![](/file/pic/xeber/2014-01-10/75663.jpg)
![](/file/pic/xeber/2014-01-10/75667.jpg)
![](/file/pic/xeber/2014-01-10/75669.jpg)
![](/file/pic/xeber/2014-01-10/75671.jpg)
![](/file/pic/xeber/2014-01-10/75672.jpg)
![](/file/pic/xeber/2014-01-10/75673.jpg)
![](/file/pic/xeber/2014-01-10/75674.jpg)
![](/file/pic/xeber/2014-01-10/75675.jpg)
![](/file/pic/xeber/2014-01-10/75680.jpg)