Faciəyədək bir neçə saniyə ərzində köhnə evin dağıdılması kadrlarını Yevgeni Titov özü lentə alıb.
AZXEBER.COM-un Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, o satıcı-məsləhətçi işlədiyi mağazadan küçəyə çıxıb və qısa müddət tikinti meydançasından kənarda durub.Bu məqamda buldozer kərpic binanın divarını söküb. Yevgeninin mobil telefonu ona tərəf aşan divarın dağılan qırıntılarını çəkib. Növbəti məqamda kişinin telefonunun əlindən saldığı açıq aydın görünür və digər kadrda başqa bir insan peyda olur və qışqırır: “Tez olun! Təcili yardım çağırın!”Bir neçə dəqiqədən sonra hadisə yerinə tibb işçiləri gəlib, zərərçəkən hüşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Axşam tərəfi isə o, keçinib.Sonradan məlum olub ki, Yevgeni ilə birgə yaxınlıqda olan daha bir nəfər xəstəxanaya yerləşdirib. Onun vəziyyəti həkimlərdə heç bir narahatlıq doğurmur.