"Bu adamların həbsi Türkiyənin terror məsələsində yeni baxışını ortaya qoyması deməkdir" - AÇIQLAMA

"Bu adamların həbsi Türkiyənin terror məsələsində yeni baxışını ortaya qoyması deməkdir" - AÇIQLAMA
MANŞET
14:14 04.11.2016
1968
Xəbər verdiyimiz kimi, bu gecə Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub. Onlara qarşı "terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, "cinayəti və cinayətkarı tərifləmək”, "xalqı kin və düşmənçiliyə təhrik”, "silahlı terror təşkilatına üzv olmaq” və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittihamlar irəli sürülüb.
 
AZXEBER.COM hadisəylə bağlı araşdırmaçı jurnalist, Türkiyə siyasətiylə bağlı bir neçə kitabın müəllifi Aqil Ələsgərin münasibətini öyrənib. O deyib ki, bu qərar çoxdan verilməliydi: "Bu əslində kifayət qədər gecikmiş qərardır. PPK-nın siyasi qanadı olan HDP-ni təmsil edənlərin parlamentdə olmaları bir növ fəaliyyətlərini leqallaşdırırdı. Bunun özü əslində yanlış bir addım idi. Bu səbəbdən HDP açıq şəkildə PPK-nı və terror təşkilatlarını müdafiə edən, onların haqqında bir dəfə də olsun mənfi söz deməyən, gücünü xalqdan yox, Kandildən alan bir siyasi görümlü terror təşkilatı idi. Eyni zamanda bildirmək istəyirəm ki, PKK ilə FETÖ-nun maraqları üst-üstə düşdüyünə görə Səlahəddin Dəmirtaş, həm də Pensilvaniyanın Türkiyədəki səlahiyyətli nümayəndəsi sayılır və onların həbs olunması, onlara qarşı siyasətin dəyişməsi Türkiyənin terror məsələsində yeni baxışını ortaya qoyması deməkdir. Bu əslində Türkiyənin illərdən bəri olan və son bir neçə ildə kürd açlımları erməni açlımları ilə açlımlarla bir qədər arxaya atılan dövlət siyasətinin yenidən bərpasıdır.
 

 
Jurnalist bu həbslərdən sonra Türkiyəyə Avropa və ABŞ-dan təzyiqlər olacağını bildirib: "Bu məsələylə bağlı Avropa və ABŞ-dan təbii ki, təzyiqlər olacaq. Onsuzda həm Avropa Birliyi, həm Avropanın ayrı-ayrı ölkələri Türkiyənin üzərinə gəlirlər. ABŞ bu məsələdə Avropaya baxdıqda təmkinli davranır. Mən də gözləyirəm ki, böyük güclər bu hadisədən istifadə edərək Türkiyədə yeni təzyiq rıçaqlarını işə salacaqlar. Ancaq Türkiyə də bu problemi ortadan qaldırması üçün heç bir təzyiqlərə baxmadan öz müstəqil siyasətini davam etdirməlidir. Əks halda Türkiyə Avropa Birliyi və ya Amerikanın qarşısında bu məsələyə görə hər hansısa bir güzəştə gedərsə, bu növbəti 30-40 ildə PPK-la davamlı şəkildə davam edəcəyini və sözlü, məhəlli tipli döyüşlərlə problemin getdikcə böyüyəcəyini, uzunmüddətli olacağını göstərir. Necə ki, artıq 30 ilə yaxındır ki, PKK ilə bağlı hər hansı bir ciddi bir addımın atıldığına şahid olmamışıq. Bir neçə istisnanı çıxmaq şərtiylə.
 
Bu baxımdan hesab edirəm ki, Türkiyənin Avropa və Amerikanın təzyiqlərinə sinə gərməsi üçün bölgədəki digər dövlətlərlə və PKK-dan xüsusilə əziyyət çəkən dövlətlər Türkiyəylə bərabər olub həmrəylik görməlidirlər".
 
Dursun Tağıyeva,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi