Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Övladlığa verilən uşaqlardan 45-i qız, 44-ü isə oğlandır. Övladlığa verilən uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi məqsədilə onlar 18 yaşına çatana qədər monitorinqlər aparılır. İlk il ərzində monitorinq hər rüb, sonrakı illərdə isə ildə bir dəfə keçirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə aylıq sosial müavinət də ödənilir. 3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə isə 600 manat müavinət verilir.
Həmçinin övladlığa götürən şəxslər sosial təminat, əmək və vergi münasibətləri sahələrində bir sıra güzəştlərdən yararlanırlar.











































