"Bu aksiyanı dəstəkləməyən hər bir azərbaycanlı xaindir”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Ağ Partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, bu aksiyanı dəstəkləmək hər kəsin borcudur, əgər kimsə dəstəkləmirsə, demək ki, o xaindir:
"Özlərini Vətən uğrunda fədakar adlandırırlar, amma biri deyir ki, "bu aksiyanı Azərbaycan höküməti təşkil edib”, "biri deyir ki, bu troldur”. Bəsdirin, bu aksiyanı Azərbaycan höküməti təşkil edibsə, lap yaxşı. Orada iştirak edənlərin hər birinə "sağ ol” düşür. Fərqi yoxdur, o iqtidar meyillidir, müxalifət meyillidir, nə meyilli olursa-olsun. Bu soyuqda gecə-gündüz ruslarla üzbəüz dururlar. Ən azı orada rus əsgəri görür ki, torpağın sahibləri gəliblər, amma yenə də bizimkilər dil uzadırlar. Biri oturub Amerikada, biri oturub isti evində. Biri də oturub kofesini içə-içə status yazır. Adama deyərlər ki, ya dövlətin yanında ol, ya da rədd ol çıx get! Belə məsələlərdə biz konkret olmalıyıq. Vətən, Qarabağ, müstəqillik adı gələn yerdə digər bütün addımlar boşdur, mənasızdır. Bu aksiyanı dəstəkləməyən, bu aksiyanı lağ edən, bu aksiyanı ironiya hədəfinə çevirən hər bir azərbaycanlı xaindir. Çünki bunu dəstəkləməməyin özü xəyanətdir. Nəyi dəstəkləmirsən? Orada yığılanlar nə istəyir? Deyir ki, sərvətlər talanmasın. Lap tutaq ki, ekologiya bəhanədir, torpağımızdır, özümüzün olmalıdır. Rus qalıb qıraqda, erməni qalıb qıraqda bizim öz xainlər öz millətini tənqid edir.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl