Türkiyəli aktyorlar Mahir Günşırayla Hatice Aslan sevgilidir.
AZXEBER.COM xəbər verir ki, cütlük ötən gün baş tutan film qalasında görüntüləniblər.
Qeyd edək ki, Hatice "Bahar", Mahir isə son olaraq "Şahmaran" serialında rol alıb. Onlar birlikdə konservatoriyada təhsil alıblar.
65 yaşlı Mahir 2 dəfə evli olub və 2023-cü ildə ikinci xanımından da boşanıb. Bir övladı var. 63 yaşlı Hatice də boşanma ilə bitən iki evlilik edib. Onun da bir uşağı var.