“Bu apteklərdə qiymətlər adamı şoka salır”- Millət vəkili

“Bu apteklərdə qiymətlər adamı şoka salır”-  Millət vəkili
SOSİAL
15:51 11.05.2016
1730
“Bakıda müəyyən apteklər var ki, onlar dərman preparatları olduqca baha qiymətə satır. İstər Türkiyənin Azərbaycanda açdığı “İstanbul”, istərsə də “Avis” apteklər şəbəkəsində dərmanların qiyməti insanlarda şok yaradır”.
Bunu aznews.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli xalq şairi Sabir Rüstəmxanlının "Alman keyfiyyəti", yoxsa soyğunçuluq” adlı yazısına münasibətində bildirib. Onun sözlərinə görə, dərman bazarında özbaşınalıq baş alıb gedir: “Bu məsələyə əslində aidiyyəti qurumlar aydınlıq gətirməlidir. Apteklərə nəzarət və cavabdeh olan qurumlar var və onlar bu özbaşınalığı görür. Mən də Sabir Rüstəmxanlının səsinə səs verirəm. Elə dərmanlar var ki, məsələn, miqren xəstəliyinə qarşı olan dərman preparatları olduqca baha satılır. Bu dərman Türkiyədə 10 manatadır, amma Azərbaycanda onu dəfələrlə baha satırlar. Mən bununla bağlı bir dəfə “Avis”ə etiraz etdim. Bu kimin şirkətidir? Onun rəhbəri kimdir? Kim işlədir? Bu suallara aydınlıq gətirilməlidir”.
Millət vəkili hazırda dövlət tərəfindən dərman qiymətlərinin tənzimlənməsi prosesi getdiyini vurğulayıb: “Dərmanlar siyahıya alınır. Məsəl var, “dərman bildiyin edir çax-çax baş ağrıdır”. Belə dərman bahalığı ilə nə əldə edirik? 120 -150 manat təqaüd alan insanlar var. Ağrılar, xəstəliklər təqaüd yaşında başlayır. Bunlar necə etsin? Onların bir aylıq təqaüdünə bir təzyiq dərmanı satılır. Yaxşı bəs, nə etsin, necə yaşasın? Bu apteklərin sahibləri dövlətin, hökumətin gördüyü uğurlara kölgə salan namərdlərdir. Həmin apteklər fərdi adamlara xidmət edir”.
F.İbrahimli hesab edir ki, bu özbaşınalığın qarşısı alınmalıdır: “Bu dərman satan və onu ölkəyə gətirən də qanun çərçivəsində hərəkət etməlidir”.
Qeyd edək ki, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ölkədə “keyfiyyətli mal” adı altında bəzi işbazların talançılığı, eləcə da şadlıq saraylarındakı fantastik qiymətlərlə bağlı faktlara söykənən, öz başına gələn hadisələrdən yazıb. O, bildirib ki, Bakıda Füzuli küçəsində bir Dərman evi- aptekdə Almaniyadan gətirilən tibb ləvazimatları və dərman preparatları Azərbaycanda 10, bəzən də 34 dəfə baha qiymətə satılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir