Müğənni Günay İbrahimlinin başına iş gəlib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, arıqladıcı çay satan firmalardan biri sənətçinin adından istifadə edərək məhsullarını reklam ediblər. Montaj olunan fotosunu yayımlayan Günay onları hədələyib:
"Bütün pislikləri, yalan əməlləri "zəmanə"nin üstünə atmayaq. Nə qədər ki, belə "yalançı", "böhtan atan", "insanlar" var, vay zəmanənin halına. Baxın, nə həddə çatmışıq ki, şəklimi götürüb montaj edərək öz məhsullarını reklam edirlər. Beləsinə nə deyəsən?
İndi görün, şirkətin bu məhsulu özü necə zərərlidir insan həyatına. Fırıldaq, yalan, böhtan... Ayıb olsun. Mən belə məhsul tanımıram. Dostlar, belə bir reklam görsəniz, şikayət edin. Belə bir yalançıların bizim adımızdan istifadə etməyinə icazə verməyək".