Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Bu avtobusun hərəkət sxemi dəyişdirildi
SOSİAL
19:26 26.08.2026
146
Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
 
AZXEBER.COM xəbər verir ki, marşrutun nizamlı fəaliyyətinin təmin olunması məqsədilə hazırda 53 nömrəli avtobusun başlanğıc dayanacaq məntəqəsi "20-ci Sahə” yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanası müəyyən edilib.
 
Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsindəki hərəkəti Cavidan İbrahimli küçəsində yerləşən "Atilla” İdman Mərkəzinə qədər təşkil olunub.
OXŞAR XƏBƏRLƏR