Bu avtobusun hərəkətində dəyişiklik

Bu avtobusun hərəkətində dəyişiklik
SOSİAL
11:25 10.01.2018
1085
6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZXEBER.COM-a verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.
OXŞAR XƏBƏRLƏR