Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır
SOSİAL
23:44 03.09.2026
46
Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq.

AZXEBER.COM xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Hərracda minik avtomobilləri ilə yanaşı, avtobus, mikroavtobus, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri də satışa təqdim olunacaq.

Ən aşağı start qiyməti 600 manat olan 1995-ci il istehsalı "Mitsubishi Roza” avtobusuna müəyyənləşdirilib. "QAZ-3102” 750, "QAZ-31029” isə 1 125 manatdan təklif ediləcək.

"Hyundai Elantra” və "Nissan Maxima” modellərinin ilkin qiyməti 1 500 manatdır.

Hərracda daha yüksək qiymətə təqdim olunan avtomobillər arasında 2013-cü il istehsalı "Range Rover Vogue” da var. Onun start qiyməti 21 min manatdır.

Bundan başqa, "Land Rover Freelander” modelləri 11 250 və 16 500, "Hyundai Equus” 12 300, "Hyundai H-1” 8 250, "Volkswagen Passat” 5 625, "Peugeot Partner” və "Volkswagen Caddy” isə 5 400 manatdan satışa çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR