Bu ayda doğulan uşaqlar daha ağıllı olur

MARAQLI
12:12 24.11.2023
327

Amerikalı mütəxəssislər ağıllı və çalışqan insanların daha çox doğulduğu ayı açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, aparılan araşdırmada 6-15 yaş arası məktəblilərin məlumatları toplanılıb və ortaya maraqlı nəticələr çıxıb.

Məlum olub ki, avqustda doğulan uşaqlar məktəbdə ən aşağı, sentyabrda doğulanlar isə ən yüksək qiymətləri alıblar.
Tədqiqatçılar sentyabr ayında doğulan insanların ən prestijli kollec və universitetlərə qəbul olduğunu da müəyyən edib.

Araşdırma zamanı Florida ştatında yerləşən həbsxanalardakı məhbuslarla bağlı məlumatlar da öyrənilib. Belə nəticəyə gəlinib ki, sentyabr ayında doğulanların yeniyetmə yaşlarında cinayət törətmə ehtimalı çox azdır.

 


 

Aysel

OXŞAR XƏBƏRLƏR