​Bu ayda iş vaxtı norması azalacaq

​Bu ayda iş vaxtı norması azalacaq
SOSİAL
14:12 30.03.2026
178
Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq.

AZXEBER.COM xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir.

Qeyd edək ki, may ayında qeyri-iş günlərinə 9 May - Faşizm üzərində Qələbə Günü, 27-28 may - Qurban bayramı və 28 May - Müstəqillik Günü daxildir.

Bundan əlavə, 9 May şənbə gününə təsadüf etdiyindən 11 may da qeyri-iş günü hesab olunacaq. Həmçinin bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar 29 may tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, may ayında ölkədə ümumilikdə qeyri-iş günlərinin çoxluğu iş vaxtı normasının azalmasına səbəb olacaq.
 
Metbuat.az 
OXŞAR XƏBƏRLƏR