Bu ayın pensiya ödənişi yekunlaşıb

Bu ayın pensiya ödənişi yekunlaşıb
SOSİAL
21:31 14.07.2023
235
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR