Dünyanın ən böyük video paylaşım saytı olan “Youtube”də azərbaycanlılar tərəfindən maraqlı video yerləşdirilib.
AZXEBER.COM-un verdiyi məlumata görə, “Həzrəti Mehdi 2013” adlanan videoda bir şəxs Məhəmməd peyğəmbərin davamçısı kimi təqdim edilir.
Videoda qeyd edilir ki, əsrlər boyu insanların həsrətlə gözlədiyi Mehdi sahib əl zamanın zühuru gerçəkləşib. Həmin şəxs isə özünü müqəddəs insan kimi təsdiqləyərək, “Məhəmməd peyğəmbər hədislərinin çoxunu mənə həsr edib və mənim cizgilərimi tam aydın təsvir edib” deyir.