Bu banklar təkcə əhalini yox, həm də dövləti 'soyurlar' - ADLAR

Bu banklar təkcə əhalini yox, həm də dövləti
İQTİSADİYYAT
16:11 01.08.2016
6026

"İkinci rübün bitməsindən 1 ay ötür. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin dərc etməmə üzrə bu dəfə rekord vurulub: 33 bankdan cəmi 8-i hesabatı açıqlayıb. Xatırladıram ki, hesabatlarını daim gizlədən 4 bank da bu ay bağlandı və məhz bunun nəticəsində 33 bank qaldı. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir".

AZXEBER.COMxəbər verir ki bu fikirləri bank üzrə ekspert Əkrəm Həsənov öz şərhində bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, təsnifat 3 qrupdan ibarətdir:

1) Hesabatı müntəzəm gizlədənlər,

2) Hesabatı ilk dəfə açıqlamayanlar,

3) Hesabatı dərc edənlər.

I qrup– "hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 17 bank: Bank VTB, Unibank, Bank Respublika, Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Expressbank, Günaybank, XalqBank, NBC Bank, Naxçıvanbank, Bank of Baku, Dəmirbank və Bank BTB. Bunlar ən etibarsız banklardır. Bu qrupa əslində həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün onları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 33 bankın yalnız 31-i bu təsnifata daxildir".

II qrup– "rüblük hesabatını ilk dəfə açıqlamamış 6 bank: PaşaBank, KapitalBank, Rabitəbank, Muğanbank, Bank Avrasiya və Pakistan Milli Bankının Bakı filialı. Görəsən, bunlara nə olub"?

III qrup– hesabatlarını dərc edən 8 bank:

1. Azərbaycan Sənaye Bankı– 17 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 16 mln-a yaxın idi).

2. Caspian Development Bank– 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə də belə idi).

3. YapiKrediBank– 13 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).

4. AFB Bank– 8 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 7 mln-dan çox idi).

5. Ziraat Bank– 7 mln-a yaxın xalis mənfəəti var (ötən rübdə 5 mln-dan çox idi).

6. Bank Silk Way– 1 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 7 mln-dan çox idi).

7. Bank Melli İran Bakı filialı– 0,5 mln-a yaxın zərəri var (ötən rübdə dərc etməmişdi), amma məcmu kapital tələbini pozmur.

8. Turanbank– 0,8 mln-a yaxın zərəri var (ötən rübdə 0,5 mln mənfəəti var idi), amma məcmu kapital tələbini pozmur.

Ekspert vurğulayıb ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb