Bu bələdiyyələr qanun pozuntularına yol verdi - SİYAHI

Bu bələdiyyələr qanun pozuntularına yol verdi - SİYAHI
SOSİAL
12:32 06.02.2019
2869
Ötən il 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

AZXEBER.COM xəbər verir ki, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə əksini tapıb.

Sənəddə bildirilib ki, bütövlükdə 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bu da 2017-ci illə müqayisədə 2.2 dəfə çoxdur.

Quba rayonu, Quba bələdiyyəsinin keçmiş sədrinin səlahiyyəti olmadığı halda büdcə vəsaitlərindən qanunsuz istifadə etməsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini dəyərindən ucuz satması nəticəsində bələdiyyə büdcəsinə 549.5 min manat ziyan vurulması faktı üzrə Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İmişli rayonu Yalavac bələdiyyəsi sədrinin 3 ha torpaq sahəsini real qiymətindən ucuz sataraq pul vəsaitlərini bələdiyyə büdcəsinə mədaxil etməməsi, kənd təsərrüfatı təyinatlı 0.71 ha torpaq sahəsini qanunsuz sataraq dövriyyədən çıxarması, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi nəticəsində büdcəyə 154.6 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Balakən rayonunun Qabaqçöl bələdiyyəsində büdcə vəsaitlərinin qanunsuz xərclənməsi, əsassız əmək haqqı ödəmələrinin həyata keçirilməsi, icarə haqlarının və torpaq satışından əldə edilən vəsaitlərin yerli büdcəyə mədaxil edilməməsi nəticəsində bələdiyyə büdcəsinə 90.3 min manat ziyan vurulması faktı üzrə, Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasının səlahiyyətlərinə aid edilən məsələlərin təkbaşına həll edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi və saxta kassa mədaxil orderləri əsasında torpaq sahələrinin satınalınması nəticəsində bələdiyyə büdcəsinə 74.6 min manat məbləğində ziyan vurulması faktı üzrə, Hacıqabul rayonunun Hacıqabul bələdiyyəsində ikili protokollaşdırma aparılaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılan 1.50 ha torpaq sahəsinin dəyərindən ucuz satılmaqla dövriyyədən qanunsuz çıxarılması və təsdiqedici sənədlər olmadan pul vəsaitlərinin xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 47 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri, Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri tərəfindən büdcədən 31 min manatın qanunsuz silinməsi və 97.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz göllər yaradılması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci cinayət işi başlanılıb.

Bundan başqa, Ağcabədi rayonunun Kürdlər bələdiyyəsinin sədri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin qanunsuz satılması, 71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyə qərarı olmadan, hərrac və ya müsabiqə keçirilmədən icarəyə verilməsi və yığılan icarə haqlarının bələdiyyə büdcəsinə ödənilməməsi, artıq əmək haqlarının verilməsi faktları üzrə Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Qazax, Balakən, Xızı, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh, Quba rayonunun Timirzayev, Kürdəmir rayonunun Sığırlı, Balakən rayonunun Qasbinə və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb.

Sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb