Bu beş ölkəyə şok XƏBƏRDARLIQ

Bu beş ölkəyə şok XƏBƏRDARLIQ
DÜNYA
00:08 06.03.2023
4262
Türkiyə, Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı gələcəkdə böyük təhlükə ilə üzləşə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Almaniyada yerləşən Maks Plank İnstitutunun "Review of Geophysics" elmi jurnalında dərc olunan araşdırmada məlumat yer alıb.

Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bölgəni iqlim dəyişikliyi mərkəzi olaraq təyin edən hesabatda bölgədəki temperatur artım sürətinin dünya ortalamasının demək olar ki, iki dəfə yüksək olduğu vurğulanıb.

"Yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı sahələri su səviyyəsinin qalxması ilə yox olmaq ərəfəsində olacaq”,- məqalədə qeyd olunub. 

Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi fəlakətlər yaşayacağına diqqət çəkilib. 

Bu əsrin sonunda bölgədə havanın temperaturunun 5 dərəcəyə qədər artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR