Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan sosial şəbəkələrdə atası haqda dəhşətli faktlar açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Selcan atasını cani adlandırıb və anası ilə bacısını döydüyünü deyib.
Bu statusdan müxalifyönlü gənclər Fuad Qəhrəmanlını AXCP-dən istefa verməyə və siyasətdən getməyə çağırıb.
Mövzu ilə bağlı statusları təqdim edirik:
Peşəkar bokçu Ağaəli Əlisov yazır: Ən düzgün addım, Fuad Qəhrəmanlının istefa verməsi ola bilər. Əks halda AXC partiyası nüfuzuna xələl gətirmiş olacaq.
AXCP sədrinin müavini Seymur Həzi: Selcanın yazdıqları məni xeyli üzüb. Heç bir şərh verə bilmirəm, ancaq, mən həmişə
qadının, ananın tərəfindəyəm, başqa qərarları isə hər kəsin vicdanı verməlidir.
Jurnalist Hacıbəy Heydərli: "Bu hadisə bi daha onu göstərdi ki, bu adamlar səmimi deyillər. Elina üçün siyasi hakimiyyəti qınayan, tənqid edən bu adamlar öz evlərində "gestapo rejimi" qurubmuş. Elina məsələsində məhkəmə dava edir, bəs görəsən bu zorakılığa görə kim cavab verəcək?
Jurnalist Tural İsmayılov: Selcan Yağmurun bu gün yazdığı status bütövlükdə qaragüruh müxalifətinin, hay-küy siyasətçiliyinin yalanlarını da darmadağın etdi! Boğazdan yuxarı bəyanatlar verib, hər olayda hakimiyyəti suçlayanlar bu dəfə müxalif insanların da qıcığına səbəb olan eyni yalanlama və "günah keçisi" axtarma metoduna keçdilər. Bilə-bilə ki, artıq bu köhnəlmiş "polittexnologiya" ürək bulandırır.
Heç bir insan istəməz ki, onun ailəsində bu tip söhbətlər olsun. Amma baxın, hakimiyyəti haqsızlıqda, zorakılıqda, insanların hüquqlarını tapdalamaqda günahlandıranlar özləri əslində kimdir?
Jurnalist Jalə Mütəllimova: Niyəsə həmişə belə olur. Biqeyrət qeyrətdən, şərəfsiz şərəfdən, əxlaqsız əxlaqdan, satqın yaxşı vətəndaş olmaqdan, xəbis, insanlıqdan, vicdansız, vicdandan, ədalətsiz, ədalətdə danışır. Layiq olmayan da nataraz iddialarda bulunur. Fərq eləməz bu iddia ictimai yüklüdür, ya siyasi. Bunu elə belə dedim. Sadəcə həyhat qaydası kimi xatırlatdım. Bir də var siyasi iddialı qruplar. Həyatları ilə davranışları tərs mütənasib olanlar. Bu artıq yalan, ria və adamları ələ salmaqdır.
Məsələ bu ki, sən bu iddiaların irəli sürən adam, nə qədər layiqsən iddiana? Özünü cəmiyyətə sırıyırsan, ya gerçək üzün budur? Ailən, yaxınların siyasi mövqeydə sənin arxandadırmı? Nə qədər etibarlıdır ailən? Nə qədər əqidənə, sənə sadiqdir ki, siyasi oyunlara, işbaşlarla iş birliyinə getməsin, səni "vurmasın”? Nə qədər arxandadır? Sən yaxşı bir ailə babasısanmı? Ailən, övladların gerçəkdən tərbiyə sahibidirlərmi? O mənada ki, sən cəmiyyəti tərbiyə eləmək, yönəltmək məsələsində nə qədər bacarıqlısan, istedadlısan?
Düzü xeyli tanıdığım siyasət adamı var onlar hakimiyyətə, vəzifəyə gəlməsindənsə ölkə elə dağılsa yaxşıdır. Hər gün bir az bu fikrimdə israr üçün ciddi əsaslarım olur. Biri beşinci arvadını alır? O birinin nə bilim nə işi var? Başqa birisi gündə arvad döyür? Digərinin evində söyüşün biri beş qəpiyə? Amma efirdən görəndə, yazısını oxuyanda deyirsən ki, lənət olsun, niyə mən bunun qardaşı, bacısı, əmisi, bibisi, dayısı hər nəyisə, yəni qohumu kimi doğulmamışam. Sonra elə bir məslə ortaya çıxır ki, deyirsən ilahi şükür doğulduğum yerə, mühitə, məkana. Mən elə onlardan uzaqda olsam yaxşıdır...
...Bunları uzun müddərdir tanıdığım AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızının evlərindəki durumlarla bağlı sosial şəbəkə üzərindən etdiyi açıqlaması ilə tanış olanda düşündüm.
Ata hələlik "şokdadır”. Deyir qızımın profilini oğurlayıblar. Qız da deyir ki, xeyir, elə şey yoxdur özüm yazmışam, arxasında da dayanıram. Atanın yalnış, qızın dediklərinin doğru olmasını isə status FB səhifəsindəki statusun kommentləri təsfiqləyir.
Uşağı qoyuram kənara, Fuada heyrət eləyirəm, Fuada... Sakit, səssiz, dinməz görünüşünün altında nələr varmış, a bəy! Ola bilər bu şok halıyla düşünür ki, mənim təsir dairəmdən necə çıxıb bu uşaq. Mən bunu dizini qırmadımmı? Anasının barmaqlarını onun gözü qarşısında sındırmadımmı? Bunlara tapşırılmadımı ki, reputasiya korlamaq olmaz. İdeal ailə mənzərəsi təəssüratı yaranmalıdır adamlarda.
Nə isə...Pinə eləmirəm. Amma çox dəhşətli mənzərədir. Bir qız cocuğu anadan çox atasına bağlı olar həmişə. Bu qız üsyan və nifrət püskürür valideyninə. Bu həm də bir psixoloji göstəricidir. Çünki ailə nə edib, nə qədər mübahisə yaşayıbsa, hamısı övladının gözü önündə olub. Şüürunda, ağlında qeyd edilib. Siyasət-miyasət bilmirəm. Bu uşaqlar millətin, dövlətin gələcəyidir. Onları düzgün tərbiyə eləyin. Psixologiyalarını korlamayın. Bu fidan qızın atası haqqında püskürdüyü nifrətə, anasına təəssüfünə, üsyanına baxdıqca, onu dinlədikcə, oxuduqca düşünürsən ki, bir də bu insanların siyasi iddiaları var. Hakimiyyət, rəhbərlik, idarəçilik iddiaları. Bir də düşünrsən ki, Allahın ona verdiyi əmanət balaya baxa bilməyən, tərbiyə edə bilməyən bütün dünyasını, həyatı qaraldan. Onu məmlətək əhlinin dilinə salam, sevdirməyən, söydürən, qınaq obyekti edən adamdan ya da adamlardan bizə nə rəhbər olacaq axı?! Nə isə Allah axırımızı xeyir eləsin, başqa deyəcək yoxdur...