Bu binaları da sökəcəklər

Bu binaları da sökəcəklər
SOSİAL
17:21 05.01.2017
1328

Bakının Xətai rayonu Sergey Senyuşkin küçəsi 26 və 28 ünvanlarında iki köhnə binanın sökülməsi nəzərdə tutulur.

Bu barədə Xətai Rayonu İcra hakimiyyətinin memarı Vadim Surxayev bildirib. 

Onun sözlərinə görə, söküntü işlərinə 12 aydan sonra başlanacaq: "Bu yaşayış binaları qəzalı vəziyyətdədirlər və şəhərin ümümi görünüşünə uyğun gəlmirlər. Onların yerində 16 mərtəbəli müasir bina inşa ediləcək".

Memar qeyd edib ki, artıq sakinlərlə müvafiq razılıq da əldə edilib. Yaşayış binasının inşasından sonra onlara yeni binada mənzillər təqdim olunacaq.

V.Surxayev əlavə edib ki, köhnə binaların yanında 4 yeni binanın tikintisi aparılır: 

"Əvvəllər onların yerində artıq sökülmüş köhnə tikililər var idi. İndi burada müasir çoxmərtəbəli binalar inşa edilir".

///Day.Az-
OXŞAR XƏBƏRLƏR