Bu bölgədə iki milyon insan 2024-cü ildə ərzaq böhranı ilə üzləşəcək

Bu bölgədə iki milyon insan 2024-cü ildə ərzaq böhranı ilə üzləşəcək
DÜNYA
15:22 04.11.2023
190
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-cü ildə Nigeriyada 2,6 milyon insanın qida böhranı ilə üzləşəcəyini proqnozlaşdırdığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qida böhranı qlobal səviyyədə təhlükə yaratmaqda davam edir. 

İqlim və coğrafi şəraitin, eləcə də quraqlıq, qlobal istiləşmə, müharibələr və bir çox başqa xarici amillərin təsiri nəticəsində dünyada "ərzaq böhranı” artmaqda davam edir. Nigeriyadakı ərzaq böhranı ilə bağlı açıqlamalar verən BMT gələn il üçün qorxulu proqnoz verib.

BMT-nin verdiyi açıqlamaya görə, 2024-cü ilin iyun-avqust dövründə paytaxt daxil olmaqla Nigeriyanın cəmi 3 əyalətində təxminən 2,6 milyon insanın qida böhranı ilə üzləşəcəyi gözlənilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR