Bu bürclər sevgidən əziyyət çəkirlər - SİYAHI

MARAQLI
10:55 14.04.2023
646
Bəzi insanlar həyatlarında doğru insanı tapmaqda çətinlik çəkirlər. Onlar həqiqi sevgini tapmaq üçün mübarizə aparsalar da, sevinə bilmirlər.
 
AZXEBER.COM həmin bürcləri təqdim edir.

Qoç - Özünə olan güvəni, cəsarəti ilə tanınır. Bununla belə, şübhəli davranışları və münasibətlərdəki hərəkətlər bəzən qəlb qırıcı olur. Bağlanmaqdan qorxduqları üçün uzunmüddətli münasibətlıərdən çəkinirlər. Öz cütlüyünü tanımaq üçün vaxt ayırmalı və münasibətə başlamazdan əvvəl bağlılıq yaratmağa çalışırlar.

Buğa - Sədaqəti və təcrübəsi ilə tanınır. Lakin inadcıl olmaları və dəyişimə qarşı olan divarları yeni münasibətə başlamalarını əngəlləyə bilər. Eyni zamanda, duyğularını ifadə etməkdə çətinlk çəkirlər. Bu da partnyorları ilə daha dərin bağlılıq qurmalarını çətinləşdirir. Bu bürcdən olan insanlar eşq yaşamaq istəyirlərsə, yeniliklərə açıq olmalıdırlar. 
 
Əkizlər - Ağılları və uyğunlaşma bacarıqları ilə tanınırlar. Bununla yanaşı, qərarsız, diqqətsiz olmaları münasibət qurmaqda çətinlik yaradır. Güvən məsələsinə də diqqət edirlər. Şanslarını artırmaq üçün daha qərarlı olmalı, hədəflərinə köklənməlidirlər. Eyni zamanda, partnyorlarına qarşı dürüst və şəffaf davranaraq münasibətlərində güvən yaratmalıdırlar.

Xərçəng - Eşqdə şanssız olan bürclərdən biridir. Duyğusal olmaları ilə bilinirlər. Bəzən həddindən artıq həssas olmaları və əl çəkməmələri partnyorlarını uzaqlaşdıra bilər. Şanslarını artırmaq istəyirlərsə, güvənsizlik və şübhə duyğuları ilə mübarizə aparmalıdırlar. Eyni zamanda, duyğusal ehtiyacları ilə partnyorlarının ehtiyacları arasında sağlam tarazlıq yaratmağa çalışmalıdırlar.

Şir - Özgüvənləri, xarizmaları və yaradıcılıqları ilə tanınırlar. Bununla birlikdə, diqqət çəkmə istəkləri bəzən münasibət qurmaqda çətinlik yarada bilər. Qısqanclıq və sahiblənmə kimi davranışları tərgitməlidirlər. Partnyorlarının ehtiyaclarını diqqətə almalı, empatiya qurmalıdırlar.

Qız - Ağlı, təcrübəsi və detallara önəm verməsi ilə tanınmış bürcdür. Özlərini mükəmməl göstərmək və tənqidçi xüsusiyyətləri münasibət qurmalarını çətinləşdirir. Həmçinin, hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bununla, partnyorlarına qarşı soyuq və məsafəli ola bilərlər. Yaxşı münasibət üçün qüsurlarını qəbul etməyə başlamalıdırlar. Hisslərini daha təsirli ifadə etmək və daha mehriban olmağa çalışmalıdırlar.
 
Gülay

OXŞAR XƏBƏRLƏR