Astroloji yanaşmalara görə, insanların münasibətlərdə verdiyi reaksiyalar bəzən onların bürc xüsusiyyətləri ilə əlaqələndirilir. Xüsusilə xəyanət mövzusu gündəmə gələndə, bəzi bürclərin bunu qəbul etməsi digərlərinə nisbətən daha çətin olur.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, xəyanətə ən həssas və sərt reaksiya verən bürclərdən biri Əqrəbdir.
Bu bürc altında doğulanlar üçün etibar münasibətin əsas sütunudur və xəyanət bu etibarın tamamilə dağılması kimi qiymətləndirilir. Nəticədə, Əqrəblər çox vaxt nə bağışlayır, nə də baş verənləri unuda bilir.
Buğa bürcü isə səbirli və sadiq xarakteri ilə seçilsə də, xəyanətlə qarşılaşdıqda mövqeyi kəskin dəyişə bilər. Astroloqlar qeyd edir ki, Buğalar üçün güvənin qırılması münasibətin sonu deməkdir və onlar adətən geri dönüşə meylli olmurlar.
Şir bürcündə doğulanlar isə məsələyə daha çox qürur prizmasından yanaşır. Xəyanət onlar üçün yalnız emosional deyil, həm də şəxsi dəyərə zərbə kimi qəbul olunur. Bu səbəbdən Şirlər belə hallarda münasibəti davam etdirməkdə çətinlik çəkir.
Oğlaq bürcü nümayəndələri isə rasional yanaşmaları ilə tanınsa da, prinsipial mövqeləri ilə seçilir. Etibarın pozulması onların qərarlarında həlledici rol oynayır və çox vaxt münasibətin bitməsi ilə nəticələnir.
Qız bürcü isə hadisələri dərindən analiz etməsi ilə fərqlənir. Onlar zahirdə bağışlamış kimi görünsələr də, daxildə baş verənləri uzun müddət yadda saxlayır və münasibətdə əvvəlki istiliyi bərpa etmək çətin olur.
Astroloqlar vurğulayır ki, bu xüsusiyyətlər ümumi müşahidələrə əsaslanır. Hər bir insanın davranışı yalnız bürcü ilə deyil, həm də şəxsi təcrübələri və xarakteri ilə formalaşır.
Aysel










































