Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
SOSİAL
10:45 30.04.2025
624
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən AZXEBER.COM-a bildirilib ki, müraciətdə deyilir:

"Prezident İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.

Həmçinin ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.

İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına – Xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.

Bununla yanaşı, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
21:46 25.09.2025
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
21:32 25.09.2025
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
21:27 25.09.2025
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
21:26 25.09.2025
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
21:25 25.09.2025
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
21:22 25.09.2025
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
21:21 25.09.2025
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
21:20 25.09.2025
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
21:19 25.09.2025
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
21:18 25.09.2025
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
21:16 25.09.2025
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
21:10 25.09.2025
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
21:09 25.09.2025
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
21:06 25.09.2025
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
21:04 25.09.2025
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
İlham Əliyev: ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi
21:02 25.09.2025
İlham Əliyev: ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi