Bəzi çaylarda sululuq səviyyəsi artıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, suyun səviyyəsində Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 15 sm, Zabuxçay-Bozluda 8 sm, Tərtərçay-Vəngdə 4 sm, Bərgüşadçay-Əliquluuşağıda 3 sm, Oxçuçay-Bürünlü və Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.