"Bu seçki Azərbaycan xalqının hürr iradəsini ortaya qoyacaq"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamını şərh edərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu çətin sınaqdan da Azərbaycan xalqı uğurla çıxacaq:
"İlk dəfə olaraq tam azad olunmuş, torpaqları işğaldan qurtulmuş Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu bütün bölglərin vətəndaşlarının iştirak etdiyi seçki olaraq Azərbaycan tarixinə düşəcək. Deyə bilərəm ki, illərdir arzuladığımız bir seçki olacaq. Ona görə də mənə elə gəlir ki, seçki Azərbaycan xalqının hürr iradəsini ortaya qoyacaq. Bu Azərbaycanın gələcəyi üçün yeni bir yolun, üfüqün açılmasına xidmət edəcəkdir. Artıq seçki proseduru başlayıb və hesab edirəm ki, proseslər irəlilədikcə bunu daha aydın şəkildə görəcəyik. İnanıram ki, bu çətin sınaqdan Azərbaycan xalqı uğurla çıxacaq".
Günel Hüseynli